Academia.edu no longer supports Internet Explorer.
To browse Academia.edu and the wider internet faster and more securely, please take a few seconds to upgrade your browser.
2013
Şamaxı Azərbaycanın qədim təhsil mərkəzlərindən biri olmuşdur. Burada islamdan öncə təhsilin tarixinə dair məlumatlar əsasən maddi-mədəniyyət abidələrindən görünür. İslamın Azərbaycanda yayılması ilə oxuma-yazma səviyyəsi artmış, məscidlərin yaxınlığında mədrəsələr, məktəblər formalaşmışdır. Cümə məscidinin yaxınlığında aşkar olunan bina qalıqlarının mədrəsəyə aid olması da arxeoloji tədqiqatlarla müəyyən edilmişdir. Şirvanşahlar dövlətinin yaranması və uzun müddət mövcudluğu elm və təhsilin də inkişafına səbəb olmuşdur. Fələki Şirvani, Xaqani Şirvani, onun əmisi Ömər Kafiəddin Osman dövründə sonradan Şirvan Elmlər Akademiyası adlandırılan mədrəsələr şəbəkəsi yaranmışdır. Maraqlıdır ki, Şamaxı yaxınlığındakı tarixi qəsəbələrdən biri məhz Mədrəsə adlanmışdır. Şirvanşahlar dövründə Azərbaycan türkcəsində təhsil verən məktəblərin mövcudluğu da bu dildə yazan müəlliflərin tədricən çoxalmasından görünür. Şamaxıda XVII-XVIII əsr mədrəsələrini təsvir edən Adam Oleari və Hacı Ağa Ələsgər məktəblərin dini təhsillə yanaşı dünyəvi təhsil verdiklərini yazırlar. Bu məqalədə orta əsrlərdə Şamaxıda təhsil tarixinə dair yazılı və arxeoloji bilgilər ümumiləşdiriləcəkdir.
Loading Preview
Sorry, preview is currently unavailable. You can download the paper by clicking the button above.